Türkiyə prezidenti: "Bu cür hadisələrə səssiz qalsanız, dünya da sizə səssiz qalacaq"
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamaya müraciət edib: "Hardasan, prezident?!" ANS PRESS-in məlumatına görə, Türkiyənin prezidenti Barak Obamaya Latın Amerikası ölkələrinə səfəri zamanı səslənib. Müraciətində Obamadan başqa Con Kerri və Baydenin də adını çəkib. Ərdoğanın onları qınamasının səbəbi Amerikada bir ailənin üzvü olan 3 müsəlman gəncin öldürülməsi olub.
"3 müsəlmanın öldürülməsi haqqında Obama, Kerri və Baydenin indiyədək heç bir açıqlama verməməsinin mənası var. Bunlar terrorçu deyil, bunlar suriyalı müsəlmanlardır. Hörmətli Obamaya səslənirəm, haradasan, prezident, deyirəm. Baydenə səslənirəm, haradasınız deyirəm. Siz bu cür hadisələrə səssiz qalsanız, dünya da sizə səssiz qalacaq. Dünya 5-dən böyükdür. Ölənlərə rəhmət diləyirəm, öldürənləri lənətləyirəm", - deyə Türkiyə lideri öz müraciətində bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-da 46 yaşlı bir amerikalı bir ailə üzvü olan 3 tələbəni silahla öldürmüşdü. Öldürülənlər 21 yaşlı gənc, onun 23 yaşlı həyat yoldaşı və 19 yaşlı baldızı olub. Məlum olub ki, 21 yaşlı gənc stomatologiya üzrə təhsil alırdı və fələstinli uşaqlara və başqa qaçqınlara stomatoloji xidmət göstərirdi.


Şərhlər