Rusiya xarici və müdafiə siyasəti şurasının rəhbəri Fyodor Lukyanov ölkəsinin Donetsk və Luqansk vilayətlərinə iddiasından imtina etdiyini deyir. «Rusiya bu vilayətləri maliyyələşdirməkdən imtina edir. Minsk razılaşması Ukrayna hüquqi çərçivəsində sosial-iqtisadi əlaqələrin tam bərpası, həmçinin pensiya və digər sosial ödənişlərinin tam bərpasını tələb edir. Məhz bu səbəbdən separatçı respublikaların nümayəndələri əvvəl razılaşma sənədini imzalamaq istəməyib. Əslində bu sənəd Donetsk və Luqansk respublikalarının mövcudluğunu nəzərdə tutmur. Ancaq separatçıların liderləri Zaxarçenko və Plotnitskiy Rusiya prezidentinin iradəsinə zidd addım ata bilməzdi», - deyə Lukyanov bildirib.


Şərhlər