Menu

Son sözü Ərdoğan deyəcək

14.02.2015, 10:41
Son sözü Ərdoğan deyəcək

Türkiyə hökuməti ilə PKK arasında davam edən “Həll prosesi”ndə son sozü prezident Rəcəb Tayyib Ərdoğan deyəcək. Musavat.com-un məlumatına görə, hökumət və HDP-nin hazırladığı “Həll” mətnini Ərdoğan da görmək istəyib. Prezident olduqdan sonra da “Həll prosesi”ni diqqətdə saxlayan Ərdoğanın AKP-nin HDP ilə apardığı danışıqların gedişatı ilə maraqlandığı bildirilib.

Ərdoğanın görmək istədiyi “Həll” mətnini HDP-dən bir millət vəkili oxuyacaq.

Qeyd edək ki, hazırda PKK lideri Abdullah Öcalanla Türkiyə hökuməti arasında danışıqlar gedir. "Həll prosesi" adı verilən danışıqlar PKK ilə barış əldə etməyə hesablanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol