Menu

Bakıda əməliyyat keçirildi

14.02.2015, 14:27
Bakıda əməliyyat keçirildi

Əməliyyat zamanı narkotik gəzdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Bakı sakinindən külli miqdarda narkotik vasitə götürüldüyü haqda məlumat yayıb.

Əməliyyat Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elgiz Sadıqovdan 5,32 qram marixuana götürülüb.

Ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı isə əlavə 1 kiloqram 505 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, E. Sadıqov bu yaxınlarda Müsavat Partiyasından xaric edilən Əlövsət Sadıqlının oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol