Menu

Rusiya istehsalı olan məhsullarda nöqsanlar aşkarlandı - Azərbaycanda

14.02.2015, 15:47
Rusiya istehsalı olan məhsullarda nöqsanlar aşkarlandı - Azərbaycanda

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi unlu qənnadı və dietik məmulatların istehsalı ilə məşğul olan üç Rusiya şirkətinin məhsulunun analiz cavabları mənfi olub.

Komitədən verilən məlumata görə, “Evrokond” MMC-nin istehsal etdiyi “Yuvelirnoye” nişanlı şəkərli peçenye, “lakom” ASC-nin istehsalı etdiyi “Vesyolıy zoosad” nişanlı sərt peçenye və “Rot front” ASC-nin istehsal etdiyi eyniadlı vaflilər ümumi mikroorqanizmlərin sayına görə standartın tələblərinə cavab vermir.

Bundan başqa, Polşa istehsalı olan "Mister Ron" nişanlı şokoladlı konfetlərdə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol