OĞURLADIĞI QƏDƏR OĞURLAYIB
Bir vaxtlar Rusiyanın ən iri xarici sərmayədarı olmuş hedc fondu rəhbəri Bill Browder, Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı bir iddia ortaya atıb.
Browder, Putinin 200 milyard dollarlıq sərvətinin olduğunu irəli sürüb.
CNN kanalında sualları cavablandıran Browder, Putinin şəxsi sərvəti barədə suala, "Güman edirəm ki, 200 milyard dollardır" cavabını verib.

Browder, Putinin 1999-cu ildə baş nazir, 2000-ci ilin May ayında da prezident olduqdan sonra keçən ilk 8-10 ildə oğurladığı qədər pul oğurladığını da iddia edib.
Belə bir şeyin həqiqət olması vəziyyətində, Putin dünyanın ən varlı adamı ola bilər. Forbes jurnalının rəsmi rəqəmlərinə görə, hazırda dünyanın ən varlı adamı 79,2 milyard dollarlıq şəxsi sərvətilə Microsoft-un banisi Bill Qeytsdir. ("marja")

Şərhlər