Menu

“Normand dördlüyü” Ukraynadakı vəziyyəti müzakirə etdi

17.02.2015, 08:59
“Normand dördlüyü” Ukraynadakı vəziyyəti müzakirə etdi

“Normand dördlüyü”nün liderləri Vladimir Putin, Pyotr Poroşenko, Anqela Merkel və Fransua Olland telefon vasitəsilə şərqi Ukraynadakı son durumu və atəşkəs rejimi ilə bağlı məsələləri müzakirə ediblər. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı atəşkəs rejimi, ağır silahların təmas xəttindən geri çəkilməsi ilə bağlı məsələlərə, habelə Debaltsevo şəhəri ətraflındakı vəziyyətə toxunulub”, məlumatda deyilir.

Həmçinin tərəflər hazırkı mərhələdə ATƏT-in müşahidəçi missiyasının roluna dair fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol