Menu

Rusiya NATO-nu Cənubi Qafqaza müdaxilə ilə hədələdi- Lavrovun bəyanatı

18.02.2015, 15:54

Russian FM Lavrov attends news conference in Moscow“NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görməyə hazırdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Mövqeyimiz ondan ibarətdir ki, Gürcüstanın NATO-ya cəkilməsi cəhdləri Cənubi Qafqazda sabitliyə xidmət etməyəcək. Əgər bu istiqamətdə praktiki addımlar atılsa, həmin proseslərin mövcud situasiyaya mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik”, - deyə o vurğulayıb.

Lavrov həmçinin qeyd edib ki, artıq Gürcüstanın NATO-ya çəkilməsi istiqamətində müəyyən addımlar müşahidə olunur.

Xatırladaq ki, alyansla Tiflis arasında Gürcüstanda birgə hərbi təlimlərin keçirilməsi haqda razılıq əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol