Menu

“24 aprel Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi üçün test olacaq”

18.02.2015, 19:34
“24 aprel Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi üçün test olacaq”

Avropa Birliyi (AB) Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasını dəstəkləyir. Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın Ermənistandakı nümayəndəsi Trayan Xristea İrəvanda “Ermənistan-AB münasibətləri. Seçilən yeni kurs” mövzusunda keçirilən diskussiyanın gedişində bildirib.

“Biz Sürix protokollarının Ermənistan parlamentindən geri çağırılmasına baxmayaraq, tərəfləri heç bir şərt qoymadan əlaqələri normallaşdırmaq prosesinə sadiq qalmağa səsləyirik”, - deyə o qeyd edib.

AB yetkilisinin sözlərinə görə, “soyqırımın” 24 aprel ildönümü iki ölkə münasibətlərinin gələcəyi üçün bir test olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol