Menu

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

20.02.2015, 10:29

oil_prices_020712“AzPolitika.info”nun məlumatına görə, fevralın 19-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 61,89 dollara satılıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, bu, fevralın 18-də qeydə alınmış qiymətdən 2,25 dollar azdır.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Hazırda London birjasında “Brent” markalı neftin qiyməti 0,42 dollar bahalaşaraq 60.63 dollar təşkil edir.

WTİ markalı neftin bir bareli isə 0, 48 dollar ucuzlaşaraq 51.64 dollara düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol