Menu

İTV-dən Elnur Hüseynovla bağlı AÇIQLAMA

20.02.2015, 13:30

elnurİctimai Televiziya “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərə münasibət bildirib.

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, E. Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərlər həqiqətə uyğun deyil: “İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, biz bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməmişik. “Eurovision-2015”də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək”.

Qeyd edək ki, “O səs Türkiye” müsabiqəsinin qalibi Elnur Hüseynovun builki “Eurovision-2105” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyi haqda xəbərlər yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol