Menu

Elnuru təhqir edən türkiyəli jurnalist peşman oldu -Foto

20.02.2015, 17:25
Elnuru təhqir edən türkiyəli jurnalist peşman oldu -Foto

Elnur Hüseynovu təhqir edən türkiyəli jurnalist Bülənt Eriş Elnur haqqında yazdıqlarının yanlış anlaşıldığını bildirib. Musavat.com-un məlumatına görə, Eriş tvitter sosial şəbəkəsində bildirib ki, yarışmada bir azərbaycanlını yox, bir Türkiyə vətəndaşını qalib görmək istədiyib.

Bülənt Eriş yazıb: “Ankaralı olaraq bu ölkədə baş tutan istənilən yarışmada türkiyəli birinin qalib olmasını istəyərdim. Azərbaycanlı qardaşlarıma heç bir sözüm yoxdur. Həssaslığınızı anlayıram sadəcə fikrimi bildirdim. Ayrıseçkilyə qarşıyam. Hər kəsə, bütün azərbaycanlı qardaşlarıma sevgi və sayğımı göndərirəm”.

Xatırladaq ki, Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Eriş Elnurun adını 2012-ci ildə “Yetənək sizsiniz”də birincilik qazanmış Meks adlı itlə yanaşı çəkib. O, köşə yazısının adını məsxərə ilə “Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qələmə alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol