Menu

Keçmiş müsavatçının oğlu zaminə buraxıldı

20.02.2015, 17:41
Keçmiş müsavatçının oğlu zaminə buraxıldı

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının keçmiş fəalı Əlövsət Sadıqlının həbsdə olan oğlu Elgiz Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elgiz Sadıqovdan 5,32 qram marixuana götürülüb. Ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı isə əlavə 1 kiloqram 505 qram marixuana aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol