Menu

Sürücülərin nəzərinə: Bakıda bu yol bağlı olacaq

21.02.2015, 00:31
Sürücülərin nəzərinə: Bakıda bu yol bağlı olacaq

Bakı sürücüləri şənbə günü yolunu Heydər Əliyev prospektindən salmasınlar.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar fevralı 21-i səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol-Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

İşlərin başa çatması fevralın 21-i axşam saatlarında kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol