Eurogroup-un Prezidenti Jeroen Dijsselbloem, Yunanıstanın xilasetmə proqramını (maliyyə yardımı) 4 aylığına uzatdıqlarını açıqlayıb.
Proqramın elastikliyə malik olduğunu ifadə edən Dijsselbloem müsbət bir nəticəyə çatmaq üçün ümidləri olduğunu bildirib. Bugünkü toplantının güvəninin bərpa olunması baxımından əhəmiyyətli olduğunu qeyd edən Dijsselbloem, çətin bir görüş keçirdiklərini deyib.
Görüşdən sonra jurnalistlərə danışan Avstriyanın Maliyyə Naziri Jörg Schellinq, Schellinq, Yunanıstanın proqramı uzatma qarşılığında hansı islahatları həyata keçirəcəyini Bazar Ertəsi Troykaya təqdim etməli və uyğun görülməsi halında Avro Bölgəsi maliyyə nazirlərinin Çərşənbə axşamı günü yekun razılığı verəcəyini bildirib.
Yunanıstanın maliyyə proqramının 6 ay uzadılması üçün rəsmi müraciətini etmiş, bunla bağlı olaraq Avro Bölgəsinin maliyyə nazirləri fövqəladə toplanmışdılar.
Schellinq Troyka Bazar Ertəsi günü hazırlanacaq siyahını dəstəkləməsi halında Eurogroup-un sazişi təsdiq edəcəyini bildirib.
Xəbərin ardınca Euro/dollar məzənnəsi 1,14-ü keçib. Sonradan bir az səviyyə aşağı düşsə də, yenidən Avro bahalaşır.


Şərhlər