Menu

Azərbaycanda 27 yaşlı polis işçisi öldü- Foto

21.02.2015, 22:37
Azərbaycanda 27 yaşlı polis işçisi öldü- Foto

Zaqatalada gənc polis əməkdaşı qəfildən dünyasını dəyişib. Rayon Polis Şöbəsinin pasport və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis baş-leytenantı Məhəmməd Abdullayev ürək çatışmazlığından ölüb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 27 yaşlı M. Abdullayev iki gün əvvəl Abşeron rayon Polis Şöbəsinə təyinat alıbmış. O, yeni təyinatı ilə əlaqədar Bakıya gedərkən qəfildən dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol