Fevralın 22-də Lənkəran rayonu Liman şəhərində etiraz aksiyası keçirilib. Qəsəbə sakinləri bahalaşmaya və kommunal problemlərə etiraz olaraq Ələt-Astara magistral yolunu bağlayiblar. Bu barədə Elxan Səfəvi adlı facebook istifadəçisi öz səhifəsində məlumat yayıb. Məlumatda göstərilir ki, qəsəbədə işıqlar sönüb, ərzaq mallarının qiyməti bahalaşıb. Sakinlər də buna etirazlarını bildirmək üçün yolu bağlayıblar.
Mərkəzi Bankın fevralın 21-də manatı kəskin uzuclaşdırması ölkədə bahalaşmaya səbəb olub. Kommunal problemlər isə hava şəraitinin pisləşməsi ilə yenidən özünü göstərib.
Müsavat Partiyasının Lənkəran Təşkilatının sədri İman Əliyev Arqument.Az-a eyib ki, aksiyaya səbəb qəsəbədə mağazaların bağlanması olub: "Üç gün idi ki, Limanda işıq yox idi. Dünən manatın məzənnəsi aşağı düşdü. Bu gün də mağazalar bağlanıb, əhaliyə heç nə satılmır. Bütün bunlar da sakinlərin narazılığına səbəb oldu. Etiraz aksiyası keçirib yolu bağladılar. Bir neçə nəfər də polis bölməsinə aparılıb və onlardan izahat alınıb".




Şərhlər