Sürücü və sərnişin avtobusda qalıb
Bakının Suraxanı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu ərazisində, “Daewoo” markalı sərnişin avtobusu ilə “Vaz” markalı minik avtomobili toqquşub.
Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib.
Faktla bağlı əməliyyat saat 06:13-də başa çatmıb.


Şərhlər