Fevralın 23-də Yunanıstan rəsmiləri beynəlxalq borc proqramının dörd aylığa uzadılmasına təminat olaraq islahatlarını açıqlamalıdır.
Avrozona üzvləri ilə fevralın 20-də razılığa gəlinib. Sənədə görə Afina beynəlxalq kreditorları olan Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyasına təkliflərini təqdim etməlidir.
Troyka Yunanıstanın planlarının 240 milyard avroluq borc proqramına uyğunluğuna dair qərar verəcək.
Avrozona üzvlərindən Almaniya Yunanıstana əlavə kredit ayrılmasına etiraz edir, baş nazir Alexi Tsiprasın büdcə defisitini nəzarətə almasını istəyir.
Müddət uzadılmasa, Yunanıstan fevralın 28-dən sonra defolta uğraya bilər. (Azadlıq radiosu)


Şərhlər