Menu

Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı

23.02.2015, 15:46
Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı

Boş qalan yerlərə ixtisas seçiminin (I- V qruplar) 14- 19 avqust tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulunun vaxtını açıqlayıb. Komissiyadan verilən məlumata görə, I- IV qruplar üzrə ərizə qəbulu 1-30 aprel tarixlərində, V qrup üzrə isə 5-18 may tarixlərində həyata keçiriləcək.

Qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) aprelin 15–dən 30-dək, V qrup üzrə isə mayın 6-dan 19-dək baş tutacaq. Boş qalan yerlərə ixtisas seçiminin (I- V qruplar) -14-19 avqust tarixlərində həyata keçirilməsi nəzərdə tutulub. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması martın 1-dən 31-dək olacaq.

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 07 iyul

- qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə - 17 may

- qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə - 24 may

- qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə - 14 iyul

- qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə - 25 iyul

- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul-05 avqust

- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) -19 iyul-05 avqust

- ixtisas seçimi (I- V qruplar) -30 iyul-11 avqust

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol