Menu

Bəzi marketlərdə çörəyin qiyməti iki dəfə qalxıb

23.02.2015, 20:04
Bəzi marketlərdə çörəyin qiyməti iki dəfə qalxıb

Bəzi marketlərdə çörəyin qiymətinin iki dəfə qalxdığı bildirilir. Bu barədə Anspress-ə alıcılar xəbər verib.

Onların sözlərinə görə, Bakının Suraxanı və Binəqədi rayonlarında bir sıra marketlərdə çörək 60, 70 qəpikdən satılır.

Alıcıların sözlərinə görə, satıcılar bunu manatın dollara nisbətdə ucuzlaşması ilə izah edirlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə Bakıda çötəyin qiymətində artım qeydə alınmadığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol