Menu

“OPEK təcili iclas keçirə bilər”

24.02.2015, 11:02
“OPEK təcili iclas keçirə bilər”

Nigeriyanın neft naziri, OPEC üzvlərinin qiymətlərdəki geriləmənin davam etməsi halında təcili iclas keçirməyi müzakirə etdiyini deyib.

“Financial Times”ın xəbərinə görə, Nigeriyanın neft naziri Diezani Alison-Maduekenin açıqlamaları Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatı gündəlik 30 milyon barreldə saxlamaq qərarının üstündən 3 ay keçəndən sonraya təsadüf edib.

Ötən ilin noyabrında Səudiyyə Ərəbistanı və körfəzdəki müttəfiqləri tərəfindən verilən qərar ilə hasilat kvotası azaldılmamışdı. OPEK-in əsas hədəfi bazar payını qorumaq idi.

Qiymətlərdəki azalma bütün dünyadakı enerji şirkətlərinə mənfi təsir edib, ABŞ-da şist nefti sənayesində ciddi bir ləngiməyə yol açıb. Qiymətlərdəki geriləmə neft istehsalçısı ölkələrinin maliyyə vəziyyətlərini pisləşdirib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol