Menu

Rəsul Cəfərovun məhkəmə prosesi təxirə salınıb - Foto

24.02.2015, 13:36
Rəsul Cəfərovun məhkəmə prosesi təxirə salınıb - Foto

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun növbəti məhkəmə prosesi keçirilib.

Əvvəlki proseslərdə olduğu kimi, yenə də ictimai fəallar, xarici ölkə təşkilatları və səfirliklərinin nümayəndələri hüquq müdafiəçisinə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşıblar.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesində zərərçəkmişlər və şahidlər ifadə veriblər.

Daha sonra Rəsul Cəfərovun məhkəmə prosesi 5 mart 10:30-a təxirə salınıb.

Növbəti proses də şahidlərin ifadələri ilə davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol