Menu

Bakının mərkəzi küçələrindən biri üç günlük bağlanır

24.02.2015, 19:31

bagli yol temirFevralın 24-ü gecə saat 11-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən “APA-Economics”ə bildirilib ki, alternativ variant kimi 28 May, Nizami, Rixard Zorge, Puşkin küçələrindən istifadə etmək məsləhət görür.

Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol