Menu

Türkiyə XİN başçısı: “BMT Təhlükəsizlik Şurası yenilənməlidir”

25.02.2015, 18:29
Türkiyə XİN başçısı: “BMT Təhlükəsizlik Şurası yenilənməlidir”

“Bu təşkilat dünyanın həqiqətlərini əks etdirmir”

BMT Təhlükəsizlik Şurası bugünkü reallıqları əks etdirmir. APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası II Dünya müharibəsindən sonra yaranıb: “Orada qəbul edilən sənədlər və qurulan təşkilatlar müharibədən dərhal sonra qəbul edilib, təəssüf ki, bugünkü həqiqətləri əks etdirmir. Dəyişmək lazımdır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Onlardan birinin qərarı ilə Suriyada müharibə dayanmaya bilər. Bütün dünyanın taleyi 1 ölkənin ağzından çıxan səsə bağlıdır.

BMT Təhlükəsizlik Şurası inam və etibarı itirir və özünü məhv edəcək. Orada Afrikanı, müsəlmanları təmsil edən varmı? Yoxdur. Mən dini ayrı-seçkilik etmək istəmirəm, amma bu qurum hər kəsi təmsil etməlidir. Bu təşkilat dünyanın həqiqətlərini əks etdirmir. Yenilənməli, ədalətli olmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol