“Boris Nemtsovun öldürülməsi bütün Rusiya cəmiyyətinə meydan oxumaqdır”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Yabloko Partiyasının lideri Sergey Mitroxin çıxış edib.
O bu cinayətin təsadüfi olmadığını bildirib:
“Nemtsov cinayəti siyasi sifarişdir. Rusiya hakimiyyəti mütləq sifarişçiləri və iştirakçıları tapmalıdır. Bu, artıq hər kəsə meydan oxumaq deməkdi. Putinin şəxsi opponenti öldürülüb”.


Şərhlər