Menu

Yağış yağacaq - Proqnoz

02.03.2015, 12:45

hava yagisBakı və Abşeron yarımadasında martın 3-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol