Menu

Artur Rasizadə narkomanlarla bağlı qərar verdi

05.03.2015, 10:10
Artur Rasizadə narkomanlarla bağlı qərar verdi

“Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu barədə baş nazir Artur Rasizadə qərar verib.

Qərarla müəyyən edilib ki, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol