Menu

Azərbaycan nefti ucuzlaşdı

05.03.2015, 11:26

oil-russiaNeftin qiyməti ötən günə nisbətən 1,85 dollar/barel azalıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 61,33 dollar/barel təşkil edib.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, neftin qiyməti ötən günə nisbətən 1,85 dollar/barel azalıb.

Dünya bazarlarında isə WTI neftinin qiymətində bahalaşma qeydə alınıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar artaraq 51,83 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə bir gündə 0,o7 dollar azalaraq 60,62 dollara enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol