BAŞ LİFTÇİNİN 10 MİLYONLARLA ÖLÇÜLƏN ŞOK VARİDATI – “8 milyon dollar dəyişdi…”

Dərc olunub: 22/04/2017 - 11:10

ae873ee380d9d73b42f60bafd9893253Qüdrət Şükürovun erməni ilə iş birliyindən 1 milyon 700 min “otkat” aldığı iddiası var

Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov qızına 400 min dollarlıq toy etməsi ilə günlərdir ki, medianın diqqət mərkəzindədir. “Böyük Saray”dakı toy mərasimindən, toya qədər baş tutan digər mərasimlərin videolarından belə aydın olur ki, ölkəmizin lift təsərrüfatı tapşırılmış məmur korrupsiya pulları hesabına fantastik həyat yaşayır…
Q.Şükürov uzun illərdir ki, Bakı Lift İdarəsində çalışır. O, idarədə hələ mühəndis kimi qurumdan liftlərdə istifadə edilən trosların yoxa çıxması faktı üzrə saxlanılıb. Amma həmin iş Q.Şükürovun yenidən vəzifəsinə qayıtmağa, daha sonra idarənin rəhbərliyinə gətirilməyinə mane olmayıb…

Q.Şükürov əvvəllər də medianın gündəmində olub. 2010-cu ildə ona məxsus “Range Rover” markalı maşından 210 min manat oğurlanıb. Həmin vaxt mətbuatda bu haqda geniş yazılar dərc olunub. Q.Şükürov oğurluq baş verdikdən sonra həmin maşını satıb. Hazırda o, Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass “Mersedes”də gəzir. Maşın “Mersedes” zavodunda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür. İddialara görə, Q.Şükürov təkcə bu maşının yanacağına hər gün 100-120 manat civarında pul xərcləyir. O da bildirilir ki, xüsusi sifarişlə hazırlanan bu nəqliyyat vasitəsini Q.Şükürov 450 min avroya alıb. Bundan başqa, Q.Şükürovun “Range Rover” markalı, Az 10 ZZ 447 nömrə nişanlı maşınının olduğu deyilir. Bu maşının qiyməti də az deyil – 250 min dollar. Q.Şükürovun oğlu Samid Şükürovun Az 10 XO 777 nömrə nişanlı “Mercedes Qalendvagen”, nömrə nişanının sonu 447 ilə bitən “Lexsus” markalı maşınları var.

Q.Şükürovun qızının həyat yoldaşı Oqtaya 160 min dollara aldığı iddia olunan “Porşe” markalı, Az 90 OA 900 nömrə nişanlı maşın da digərlərindən geri qalmır.

Zəngin həyat yaşayan Q.Şükürovun keçmiş kürəkəni ilə də bağlı maraqlı məlumatlar var. Elşən Əsgərli məmur qızı Aysel Şükürova ilə 2012-ci ildə ailə həyatı qurub. Həmin il “Kral” şadlıq sarayında düzənlənən toy məclisinə Q.Şükürov bu ilin yanvarında qızı ikinci dəfə ərə gedən zaman xərclədiyi puldan daha artığını xərcləyib. İddia olunur ki, həmin vaxt Q.Şükürov 500-550 min civarında pul xərcləyib.

Nikah pozulub, uşağın atasını həbs etdiriblər…

2016-cı ilin sentyabrında isə Şükürovun qızı ilə Elşən Əsgərlinin nikahı pozulub. Bu izdivacdan dünyaya gələn, adı Uğur olan uşaq hazırda anasının yanındadır. Hazırda tərəflər arasında uşağa görə çox ciddi qovğa yaşandığı bildirilir.

4Bir neçə gün əvvəl Q.Şükürov və onun keçmiş qudası Rəfail Əsgərov bu qovğa üzərindən Nəsimi Rayon Polis İdarəsinə dəvət olunublar. Polisdə tərəfləri barışdırmağa çalışılıb, uşaqla atasının görüşünə şərait yaradılması təklif olunub. Amma məsələ çözülməyib. Bildirilir ki, sosial şəbəkə üzərindən də tərəflər arasında çəkişmə var. Q.Şükürovun yaxınları keçmiş qohumlarının zənən, məktəbli qız uşaqlarının fotolarını müxtəlif sosial şəbəkələrdə yaymaqla fotoların altına “20 AZN” yazıblar. Bu isə ciddi narazılığa səbəb olub. Hətta bir müddət əvvəl E.Əsgərli keçmiş qohumları tərəfindən metronun “Gənclik” stansiyasının yaxınlığına dəvət olunub. Onu orada A.Şükürovanın hazırkı həyat yoldaşı Oqtay 10 nəfərlə qarşılayıb və döyüblər. Bu məsələ ilə bağlı araşdırma aparılıb, amma cinayət işi E.Əsgərliyə qarşı başlanıb…

Bir neçə gün əvvəl E.Əsgərli bir daha Nəsimi rayonu ərazisində, “Bizim ev” kafesinin yaxınlığında döyülüb. Onu həmin kafeyə keçmiş həyat yoldaşının 2-ci əri Oqtay çağırıbmış.
İddialara görə, orada E.Əsgərliyə bildiriblər ki, həbsi üçün 30 min dollar pul ödənilib, övladı ilə görüş tələb etsə, həbsə alınacaq.
Maraqlı bir məqam da odur ki, E.Əsgərli Q.Şükürovun qızından ayrılandan sonra keçmiş qayınatası tərəfindən həbs etdirilib. Məsələ isə belə olub: E.Əsgərlinin qaynı Samid Şükürov ona zəng vurub və “uşaqla görüşmək istəyirsənsə, Buzovnadakı bağ evinə gəl” deyib. Ora gedəndə isə Cəmil adlı bağban E.Əsgərliyə hücum edib. E.Əsgərli isə oradan uzaqlaşıb. Bundan sonra Xəzər rayon Polis İdarəsi onun barəsində həbsli axtarış elan edib. Q.Şükürovun keçmiş kürəkənini növbəti gün tutub Xəzər Rayon Məhkəməsinə aparıblar. Amma onun bağbana qarşı zorakılıq etməsi təsdiq olunmayıb və E.Əsgərli məhkəmə zalından azad olunub..

Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb…

Q.Şükürov deyir ki, 550 manat rəsmi maaş alır. Bir tərəfdə 550 manat maaş, digər tərəfdə milyonlar, fantastik həyat…

1492616443_qudret-shukurov-2

Bunlar hardan əldə edilib? Belə məlumat var ki, onun keçmiş qudası Rəfail Əsgərov müxtəlif dövlət orqanlarına şahidi olduğu məsələlər haqda son dərəcə ilginc bir müraciət yazıb.

O bildirib ki, bir neçə il əvvəl Q.Şükürovun təklifi ilə Moskvaya gediblər. 2013-cü ilin aprelinə təsadüf edən səyahət zamanı Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.

R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb! Sitat: “Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat”dır”.

Devalivasiyadan əvvəl Şükürov manatlarını 8 milyon dollara dəyişibmiş…

Q.Şükürov 2013-cü ildə o dövrdə qudası olan R.Əsgərovdan bir neçə dəfə də xahiş edib ki, onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarsınlar. Hər dəfə 400, 500, 700 min dollar pul çıxarılıb. 2015-ci ilin fevralında – devalvasiyadan bir neçə gün əvvəl Q.Şükürov böyük panika içində manatda olan pullarını dollara çevirib. Həmin vaxt o, pullarını dollara çevirib, ailəvi dostu İlqarın adına “Bank of Baku”ya yatırıbmış. R.Əsgərov müraciətində Şükürovun banka yatırdığı məbləği də göstərib – 8 milyon dollar.

Q.Şükürovun var-dövləti bununla bitmir. Onun Bakının ən bahalı yaşayış binalarından hesab olunan “Gümüş plaza”da hər birinin qiyməti 2 milyon 500 min dollar olan 2 ədəd 5 otaqlı mənzilinin olduğu deyilir. Həmin binada Q.Şükürov yalnız ona və yaxınlarına xidmət edən Yaponiya istehsalı olan, qiyməti 400 min dolları aşan lift quraşdırtdırıb. Azərbaycan Ali Məhkəməsinin arxasındakı “Çıraq Plaza”nın 1-ci mərtəbəsindəki “Women SPA” mərkəzi də faktiki onundur. Təkcə bu mərkəzin təmirinə 4 milyon dollar xərcləndiyini qeyd edib. Hazırda həmin mərkəzi Q.Şükürovun həyat yoldaşı Aynurə Şükürova işlədir.

dollar

Təbriz küçəsinin qurtaracağındakı çoxmərtəbəli yaşayış binasında 2 ədəd 4 otaqlı, Səməd Vurğun parkının yanında 2 yaşayış mənzili, Nəsimi rayonu ərazində isə oğlu Samid Şükürova bir neçə ay əvvəl böyük bir restoran aldığı da gələn məlumatlar sırasındadır. Q.Şükürov 2014-cü ildə Moskvanın mərkəzində 2 dənə 5 otaqlı mənzil alıb. 2015-ci ilin fevralında Q.Şükürov Tolyattidə bacanağı Müşfiqin qardaşı Salamın adına böyük – 6 mərtəbəli ticarət mərkəzi və şadlıq sarayı alıb. Buzovna qəsəbəsində 2 böyük torpaq sahəsindəki bənzərsiz imarətləri var. Birində özü, digərində qızı yaşayır. 8-ci kilometr yaşayış massivində 16 mənzili, 3 gözəllik salonunun olduğu da iddia edilir.

Q.Şükürovun keçmiş qudasının müraciətində ilginc detallardan biri də onun Xətai rayonu ərazisində, metronun “Xətai” stansiyasının arxasındakı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində şəxsi lift firmasının olması ilə bağlıdır. O firmaya Q.Şükürovun kürəkəninin qardaşı başçılıq edir. İddia olunur ki, Bakıdakı liftlərin sıradan çıxmasına yönələn hərəkətlərə də həmin firmanın əməkdaşları tərəfindən yol verilir. Bu haqda isə ötən sayımızda daha ətraflı və detallı yazı dərc etmişdik…

Q.Şükürovun qanunsuz əməlləri ilə bağlı digər maraqlı faktlar da əldə etmişik. Onları detallı şəkildə dəqiqləşdirdikdən sonra mövzuya qayıdacağıq(musavat.ciom).

*****
400 MİN DOLLARLIQ TOY EDƏN MƏMUR “TROS OĞRUSU” ÇIXDI - “Dövləti talayıb…”Şok ittihamlar

204afd033ce864271b6943ec00ce5581Baş liftçini həbsə götürəcək sensasion faktlar:  tabeliyində çalışan mütəxəssis hər şeyi açıqladı

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə etdiyi məlumata əsasən, idarə içərisində olduqca əzazil və işçilərinin haqqını kəsən adam kimi tanınan Qüdrət Şükürovun dəbdəbəli həyatının mənbəyi onun büdcədən mənimsədiyi, milyonlarla ölçülən vəsaitdən gəlir.

Vaxtilə Bakı Lift İdarəsində çalışmış mötəbər mənbə musavat.com-a bildirib ki, 2013-cü ildə Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 7 milyon manat vəsait ayrılıb və həmin vəsaitin mühüm bir hissəsi çırpışdırılıb. (Bundan sonrakı məlumatlar həmin mütəxəssisin təqdim etdiyi faktlar əsasında hazırlanıb – redaksiya).
Bundan başqa, 2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 50 milyon manat ayrılıb. Bu pullar da heç bir əsaslı iş görülmədən yeyilib və ya başqa məqsədlərlə xərcləndiyi göstərilərək silinib.

Mənbəmiz deyir:Qüdrət Şükürovun rəhbərlik etdiyi idarə Sankt-Peterburqdan gətirilən və dəyəri 8 min manat olan lifti 54 min manata sənədləşdirdi. Həm də nəzərə alaq ki, həmin vaxt dolların kursu 0,78 manatdan hesablanırdı. Yəni 8 minlik bir liftin alınmasına 54 min manat pul silindi”.

Image result for Bakı Lift idarəsi
Musavat.com-a verilən məlumata görə, Qüdrət Şükürovun varidatının digər mənbəyi liftlərin quraşdırılması və montajı ilə bağlıdır. Belə ki, iş cədvəlində bir liftin montajı üçün 12400 manat yazıldığı halda, briqadir və fəhlələrə, sadəcə, 1440 manat pul ödənilib. Briqadalara verilən rəqəmlər sonradan lap aşağı, 800 manat səviyyəsinə qədər salınıb. Yəni bir liftin quraşdırılmasından cənab Şükürov ən azı 11 min manat qabağa düşüb.

Mənbəmiz deyir: “Nəticədə Bakı şəhərində dəyişdirilməsi planlanan liftlərin ən azı yarısı dəyişdirilməyib. Cəmi 600 lift dəyişdirildiyi halda isə hökumətə 1000 liftin yenidən montajı barədə saxta hesabat verilib. Beləliklə, 400 liftin pulu dövlətin büdcəsindən çıxarıldı”.
Bununla belə, Bakı Lift İdarəsinin dövlət büdcəsinə 8 milyon manat borcu yaranıb və onun, sadəcə, 2 milyonu ödənilib.
Bundan başqa, Bakı şəhərində dövlət binalarında istifadə olunan 5000 liftin hər birinin lazımi vəziyyətdə saxlanılması və təmirindən ötrü dövlət tərəfindən ayda 35 manat pul ayrılır.

1492516194_qaynarimage608740

Bu təkcə bir ayda 175 min manat, ildə isə 2 milyon yüz min manat pul deməkdir! 
Lakin hər kəsə məlum olduğu kimi, həmin məbləğ nəinki liftlərin lazımi vəziyyətdə saxlanılması və təmiri üçün xərclənmir, hətta sakinlərdən heç bir əsas olmadan “lift pulu” adı altında əlavə ödəniş qəbul olunur.
Bütün bu məlumatları analiz edəndə idarə rəisinin dəbdəbəli həyatı ilə bağlı gedən söz-söhbətlərin motivlərini anlamaq çətin deyil. Bu xüsusda əlavə təfərrüatlar da var.

Image result for Bakıda Lift
Belə ki, Qüdrət Şükürovun öz ailəsi, həyat yoldaşı və qızı üçün ayrı -ayrı maşın və sürücü tutduğu iddia olunur. Onların xərcləri isə Bakı Lift İdarəsinə tabe olan 5 müəssisənin rəhbərləri tərəfindən ödənilir. Bu da könüllülük əsasında deyil. Bu cür ödəmələrə etiraz edən vəzifəli şəxslərə büdcəyə olan borcları xatırladılır və onlar həbs olunacaqları ilə hədələnirlər.
Qüdrət Şükürovun öz qızına “Alov qüllələri”ndə 160 kv-lik ev aldığı, həmin mənzili isə müxtəlif vaxtlarda 3 dəfə təmir etdirdiyi də iddialar arasındadır. Məlumatlı mənbə bildirir ki, idarə rəisinin qızının həmin evi üçün Türkiyədən 180 min manatlıq saat sifariş edilib.
Qüdrət Şükürovla bağlı digər maraqlı məlumat onun vaxtilə özünün idarə rəisi işlədiyi vaxt tros və tros çarxı oğurluğuna görə həbs edilməsidir. Lakin hansısa səbəblərdən həbsdən canı qurtulan bu adam sonradan bütün idarələrin rəisi postuna gətirilib.

Image result for Bakıda Lift
Bundan başqa, əvvəl də xəbər verildiyi kimi, Akif Çovdarovla da əlaqələri ortaya çıxan Qüdrət Şükürov həmin vaxt MTN təmizləmələrində işdən azad edilən bir qohumunu Bakı Lift İdarəsinin bazasına müdir təyin edibmiş. Əvvəllər, sadəcə, təhlükəsizlik xidmətində çalışan həmin adamın heç bir istehsalat təcrübəsi ümumiyyətlə olmayıb.

Verilən məlumatlara görə, Qüdrət Şükürov bütün yaxın qohumlarını, bacısı, qardaşı qızlarını, gəlinlərini ixtisaslarına uyğun olmadığı halda Bakı Lift İdarəsinin müəssisələrində yerləşdirib. Həmin adamlara 400 manat maaş kəsilib. Həmin 400 manatın 250-si idarədən aldıqları rəsmi maaş, qalan 150 manat isə idarələrin öz “cib”indən bu şəxslərə ödənilir. Hər ayın axırlarında həmin xanımların yoldaşları idarəyə gəlir, “maaş”larını alıb gedirlər. Halbuki Bakı Lift İdarəsinin 250 manat maaşa möhtac olan əsl işçiləri 2 ildir əmək haqqı üzü görmürlər.
Sadəcə, qocalıqlarında cüzi pensiya almamaq qorxusu ilə yaşayan həmin insanlar bütün bu olanlar qarşısında səslərini çıxarmırlar.
Mövzu, əlavə faktların təqdimatı ilə davam etdiriləcək.


loading...

Fikrinizi bildirin