HEYDƏROV QADIN GENERALI DA İŞDƏN ÇIXARDI - Nazirlikdə ixtisarlar

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib. Lakin mətbuatda onun işdən öz ərizəsi ilə çıxmadığı, işdən uzaqlaşdırıldığı barədə məlumat yayılıb. Bundan sonra FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayev də işdən çıxarılıb.

Yenicağ.az-ın əldə etdiyi məlumata görə, FHN-də ixtisarlar davam edir. Belə ki, Kəmaləddin Heydərov ən yaxın adamlarından birini – uzun illər onunla çiyin-çiyinə çalışmış, Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanı da tutduğu vəzifəsindən uzaqlaşdırıb.

FHN-in mətbuata cavab verən şəxsləri isə işdən çıxarıldığı üçün, məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar