"HAFKA"NIN NEFT ŞİRKƏTİ KİMƏ VERİLDİ? - "Bundan sonra şirkətə onun qardaşı rəhbərlik edəcək..." 

“Bahar Enerji Əməliyyat Şirkəti” Mikayıl İsmayılovun nəzarətinə keçdi

«Hafka» ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun nəzarətində olan “Bahar Enerji Əməliyyat Şirkəti”ndə təhvil-təslim prosesinin getdiyi barədə məlumatlar öz təsdiqini tapıb. Hətta Azinform.az-a bundan sonra bu gəlirli şirkətin kimin idarəçiliyində olacağı haqda məlumat da daxil olub.

Məlumatda bildirilir ki, bundan sonra “Bahar Enerji Əməliyyat Şirkəti”nə ARDNŞ-in tərkibində olan “Azneft” İB-nin direktoru Daşqın İsgəndərovun qardaşı rəhbərlik edəcək. Yeni görəv verilən şəxsin Böyük Britaniyadan gətirildiyi deyilir. Daşqın İsgəndərovun qardaşının indiyə qədər Avropada nə işlə məşğul olması barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Daşqın İsgəndərov «SOCAR»-ın vitse-prezidenti Mikayıl İsmayılovun kadrı sayılır.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar