FAZİL MƏMMƏDOV ORTAYA ÇIXDI VƏ... ƏMR VERDİ! - Keçmiş nazir keçmiş müavinini vəzifəsindən uzaqlaşdırdı!

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi olub.

"AzPolitika"nın məlumatına görə, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib.

Qeyd edək ki, F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

Nazir vəzifəsindən uzaqlaşdırılsa da, Güləş Federasiyasının rəhbərliyində qalan F.Məmmədovun Vergilər nazirin müavini, yəni özünün keçmiş müavini Sahib Ələkbərovu federasiyadan uzaqlaşdırması maraqlıdır və təsadüfə oxşamır. Hər halda bu, adi kadr dəyişikliyi təsirini bağışlamır. Ümumiyyətlə, siyasi hakimiyyətin güclü pressinqi altında olan Fazil Məmmədovun Güləş Federasiyasının rəhbərliyində qalması, üstəlik hətta burda kadr dəyişikliyi etməsi çox təəccüblüdür. Xüsusən də onun vəzifəsindən uzaqlaşdırdığı şəxsin - Sahib Ələkbərovun Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərovun atası olması faktını nəzərə aldıqda.

Olmaya F.Məmmədov bununla güc göstərir? Bəlkə demək istəyir ki, hələ yıxılmayıb, ayaqdadır? Qəti bir söz demək çətindir. Amma istənilən halda, keçmiş nazirin keçmiş müavinini - hazırda hakimiyyətdəki ən təsirli fiqurlardan birinin atasını vəzifəsindən uzaqlaşdırması adi hadisə deyil.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Kərim 2018-01-12 00:40:34

Ata nazirin birinci müavini,oğul köməkçi.Bu ölkədə bəs adamı olmayan bacarıqlı,diplomlu,təcrübəli gənclər nə etməlidirlər? Respublikadan kənarda iş axtarmalı,ya da bazarlarda ticarət etməlidirlər? Bir qrup adam ölkənin bütün dövlət orqanlarını inhisara alıb.Bu normal sayıla bilərmi?Belə hal yüksək vəzifəli məmurlar ,deputatlar,nazirlər və hətta icra başçıları misalında mövcuddur.

Amon 2018-01-12 00:40:34

Kerim qardasa elave.vergiler naziri mikayil cabbarovnan rabite naziri ramin quluzadede ogulun dostlaridi o teyin eletdirib onlarida.dostlar olkesiyik neyi pisdiki

seymur 2018-01-12 00:40:34

yaqishdan islanmishin sudan na qorxusu bosh bir amr

vergi ödyicisi 2018-01-12 00:40:34

FAZİL MƏMMƏDOV SAHİBKARLARIN QORXULU YUXUSUDUR.

ABDULQADIR 2018-01-12 00:40:34

BU MEMLEKETDE FANTASTIKA JANRINDA YAZAN DÜNYANIN EN MESHUR QELEM ADAMLARININ RÖYALARINDA BELE GÖRE BILMEYECEYI ANTI-MONTI HADISELER BASH VERE BILIR.ANCAQ BU DEFE HEYRET DOGURACAQ FÖVQELADE HADISE BASH VERIB. CHÖREYI YAMAQCHIDAN ALIB ÖZ SAHIBINE,YANI CHÖREKCHIYE QAYTARIBLAR.

ABDULQADIR 2018-01-12 00:40:34

CHOX ,,ÖZÜRRRRRRRRRRRRR,,ISTERIM Qemer x.MILYONLARLA INSANIMIZIN HEYATINI ZÜLMETE QERQ EDEREK,GÜNÜN ISTENILEN SAATINDA CHEKINMEDEN MEDENI SURETDE SOYAN,BIR QRUP MEDDAHA IMIC YARATMAQ XATIRINE NESE EDENLER HAQQINDA YANLISH NESE YAZDIGIMA GÖRE.SÖZ VERIREM KI,BIR DAHA YAZANDA ONLARIN QEPIK-QURUSH MAASLA NECE XARÜQELER YARADIB ELDE ETDIKLERI MILYONLARLA ÖLCÜLEN SEVETLERINE ALICENABCASINA ,,TERIF,, YAGDIRIM.

t.ədalət 2018-01-12 00:40:34

Fazil Məmmədovun ortaya çıxması üstü qopub düşmüş,aşasğısı isə suyun altında qalan və dənizdə çimənlərə trəhlükəli zədə vuran neft borusuna bənzəyir.Yaxud da Şamaxı yolunda altdan maşına girib sürücünü yaralayan əndrabadi armatur çubuğuna.Onun ortaya çıxması ilə yəhudilərin Qüdsə dönüşü arasında bir oxşarlıq da hiss olunur.Allah sahibkarları onun zühurundan qorusun!

Qemer x. 2018-01-12 00:40:34

Sahib muellim coooox medeni ,alicenab bir memurdur.Yaxindan tanimadiginiz bir Adam haqqinda agliniza gelen fikri yurutmeyin.

Obyektiv 2018-01-12 00:40:34

Mesele quru medenilikde deyil, daxilen alicenabliqda, (praktiki) qaygikeshlik ve ehtiyacdan sixilan keslere emeli stimul vermekdi.. Bosh "dekorativ" ozunuaparma terzleri ne rifah hallarini ne de, Dovletchiliyi ucaltmirdi!.. Oralarda bash veren hallarin (esl) tam sebeblerini ise, bele demek chox chetin meseledir.. Bunun deqiqliyini tek ozleri bilirler..

osman 2018-01-12 00:40:34

Bu vergi nazirliyinin bütün əməkdaşlarını rəhbərlərini yığıb türeməyə basmaq gərəkdir. Bunlar sadə insanlara zülm ediblər. Bunların əlində milyardlar var.

Son yazılar