RUHİYƏ 4,5 MİLYONLUQ VİLLANI KİM HƏDİYYƏ EDİB? - Villa İlham Rəhimovun bağ evinin qonşuluğundadır

Bir neçə gün öncə saytlarda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması ilə bağlı xəbərlər yayıldı. Bu məlumatı sonradan Tağı İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli də təsdiqlədi. O, mətbuta açıqlamasında deyib ki, qardaşı öz işini yaxşı bilir: “Tağı ağıllı adamdır, villasını satıb, başqa nə isə alıb. Çünki Tağı Azərbaycanda yaşamır, o, Türkiyədə yaşayır”.

Qeyd edək ki, məlumatda Tağı İbrahimovun villasını 4,5 milyon manata satdığı bildirilsə də, yeni sahibin kimliyi açıqlanmırdı. Sadəcə villanı tanınmış şəxslərdən birinin aldığı deyilirdi. Ancaq gunxeber.com-a T.İbrahimovun villasını alan şəxsin adı məlum olub. Saytın əldə etdiyi məlumta görə, komitə sədrinin qardaşının bahalı villasını “Özünə bax” layihəsinin siması olan, biznes-ledi Ruhi Əliyeva alıb. Məlumatda qeyd olunur ki, bu sayca Ruhinin Novxanıdakı ikinci villasıdı. Buna qədər müğənninin Novxanıda daha bir bağ evi var idi: “Onu da qeyd edək ki, “Özünə bax” layihəsinin siması olan Ruhi Əliyeva bir neçə gün əvvəl layihənin final mərhələsinin keçirildiyi gecəyə “Bentley” markalı maşınıyla gəlmişdi. R.Əliyeva bu bahalı avtomobilini ötən il alıb”.

Bu məsələ ilə bağlı “AzPolitika.info” da bəzi maraqli məlumatlar əldə edib. Öncə qeyd edək ki, Tağı İbrahimovun 4,5 milyon manata satdığı villasının həqiqətən dəyərli, çox möhtəşəm tikilmiş bir villa olduğu bildirilir. Tağı İbrahimovun həmin villanı ATV-dən ayrıldıqdan az sonra satışa çıxardığı da saytımıza daxil olan məlumatlar sırasındadır. Villanın indiyə qədər satılmamasının səbəbi isə İbrahimovun onu əvvəlcə xeyli yüksək qiymətə satmaq istəməsi olub. Belə ki, ilkin olaraq villanın 10 milyon dollara təklif edildiyi bildirilir. Ancaq həmin qiymətə alıcı çıxmadığından villanın qiyməti sonrada aşağı salınıb və nəhayət 4,5 milyona satılıb.

Tağı müəllimə xeyirli olsun deyərək, keçək villanın yeni sahibi ilə bağı məlumata. Qeyd etdiyimiz kimi, villanı biznes-ledi Ruhi Əliyevanın aldığı, bunun onun Novxanıdakı ikinci villası olduğu bildirilir. Ancaq məlumatda bəzi qeyri-dəqiqliklərə yol verilb. Belə ki, “AzPolitika.info”-nun əldə etdiyi məlumata görə, Ruhi Novxanıdakı bağ evini təxminən bir il öncə satıb. Yəni, son vaxtlara qədər onun bağ evi olmayıb.

Bu baxımdan biznes-ledinin Novxanıda yeni bağ evi alması inandırıcıdır. Ancaq söhbət 4,5 milyon manatlıq villadan getdiyindən, bu pulu Ruhi Əliyevanın şəxsi büdcəsindən ödəməsi imkansızdır. Biznes-ledi olsa da, Ruhi xanımın milyonlarla manatlıq villa alacaq qədər zəngin olmadığı məlumdur. Onda 2 ehtimal ortaya çıxır: ya məlumat doğru deyil, ya da villanı Ruhiyə bir başqası alaraq hədiyyə edib.

2 gün öncə yayılan bu məlumatı nə Ruhi Əliyeva, nə də İbrahimovlar təkzib etmədiyindən, birinci ehtimalı kənara qoymaq olar.

Bu isə o deməkdir ki, 4,5 milyon manatlıq villanı kimsə alaraq Ruhi Əliyevaya hədiyyə edib. Əlbəttə, Azərbaycanın ən gözəl xanımlarından biri olan Ruhi Əliyevaya bahalı hədiyyələr vermək, hətta villa hədiyyə etmək istəyən kifayət qədər imkanlı şəxs tapıla bilər...

Ancaq əvvala, 4,5 milyon manatlıq hədiyyənin səsi “bərk” yayılacağından buna hər adam cürət etməz. İkincisi də, belə yüksək dəyərli hədiyyələrin “şərtləri” də ağır olduğundan, 2 övlad anası olan Ruhinin bunu qəbul etməsi inandırıcı deyil.

Bu baxımdan Ruhiyə bu cür hədiyyəni edən şəxsin ona yaxın biri olduğunu ehtimal etmək olar. Bu zaman isə ağla gələn yeganə şəxs Ruhinin uzun illər vətəndaş nigahında yaşadığı, onun uşaqlarının atası olan iş adamı, professor İlham Rəhimovdu. Yeri gəlmişkən qeyd edək ki, Ruhi ilk dəfə məhz “AzPolitika.info”-ya müsahibəsində övladlarının atasının İlham Rəhimov olduğunu açıqlamışdı...

Qeyd edək ki, Tağı İbrahimovun 4,5 milyon manatlıq villasının məhz İlham Rəhimov tərəfindən alınaraq Ruhiyə bağışlanması ehtimalını bir neçə fakt da gücləndirir.

Birincisi, səhv etmiriksə bu günlərdə Runinin övladlarnın - Məhəmmədlə Həsənin 2 yaşları tamam olur. Ola bilsin ki, bu villa İlham Rəhimov tərəfindən övladlarının ad gününə hədiyyə edilib. Görünür, kifayət qədər imkanlı insan olan, adı “Forbes”in milyonçuları siyahısına düşən Rəhimov övladlarının isti yay günlərini paytaxda daş-divarlar arasında keçirməsini rəva görməyib...

İkincisi, deyilənlərə görə, Tağı İbrahimovun satdığı villası İlham Rəhimovun Novxanıdakı bağ evinin qonşuluğunda yerləşir. Bu villanı alıb Ruhiyə hədiyə etməklə, ola bilsin İlham Rəhimov da hər bir ata kimi övladlarına yaxın olmaq istəyib. Həm də bunula Ruhinin, necə deyərlər “gözünün önündə” olmasını təmin edib.

Üçüncüsü, ayrılmalarına baxmayaraq, İlham Rəhimovun övladları ilə maraqlanmasını Ruhi Əliyeva da təkzib etməyib. O, hətta “AzPolitika.info”-ya müsahibəsidə Rəhimov haqda yüksək fikirlər söyləməklə bunu dolayısıyla təsdiqləmişdi. Əməkdaşımızn “Ruhi xanım, bəs İlham müəllim övladları ilə maraqlanırmı?” sualına biznes-ledi belə cavab vermişdi:

“Gəlin bu barədə də danışmayaq (Gülür). Bu bizim ikimizə aid olan bir məsələdi. Ancaq deyim ki, illərlə mən o insanla bir yerdə yaşamışam, çox böyük hörmətim var. Mən o zaman sizə müraciətimdə də dedim ki, kimsə həm mənim barədə, həm də onun haqda yalan, iftira məlumatlar yayaraq, bizi bir-birimizlə qarşı-qarşıya qoymaq istəyirlər. Çünki həm mənim, həm də onun ailəsi ilə bağlı durmadan yalanlar ortaya atılırdı. Bunun da bir nəticəsi olmadığını gördülər. Ola bilməzdi. Çünki əvvala, övladlarımın atası kimi mən ona həmişə hörmətimi saxlayıram. Hər halda Məhhəmədimlə Həsənim onun qanını daşıyır. İkincisi də, İlham müəllim yalnız respublikada deyil, dünyada tanınan ziyalı bir insandır....

Razılaşaq ki, Ruhi Əliyevanın övladlarını dünyaya gətirdiyi ərəfədə ondan ayrılaraq başqa biri ilə evlənən (6 ay deputat Rəbiyyət Aslanova ilə nigahda oldu) şəxs haqda belə yüksək fikirlər söyləməsi münasibətləri yenidən istiləşdirməyə doğru böyük bir jest idi. Ola bilsin Rəhimov da bu jestə 4,5 milyonluq villa ilə cavab verib.

100 milyonlarla dollar kapitalı olan Rəhimovun övladları üçün 4,5 milyonluq villa alması təəccüblü olmasa da, onun bunu gizli etməsi başadüşüləndir. Bu daha çox ailəiçi problem olduğundan açıqlamağa ehtiyac görmürük....

Sonda həm İlham müəllimi, həm də Ruhi xanımı övladlarının ad günü münasibətilə təbrik edir, Məhəmmədlə Həsənə isə atalı-analı xoş günlər arzulayırıq....

Vəfa

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar