SALEH MƏMMƏDOVUN 22 YAŞLI OĞLU LONDONDA NECƏ MİLYONÇU OLDU? - Şok faktlar + FOTOLAR

Ötən araşdırmamda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat açıqlamışdım.

Sənədlərə əsasən adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçiriblər. Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. Ziyəddin Əliyev bu şirkətdə Çexiyada sahib olduğu Az-Servis NR s.r.o. üzrindən 51 faiz payla şərikdir.

Şirkəti idarə edən şəxsin, yəni kimliyi barədə qısa da olsa məlumat vermişdim. Bəs icra başçısının Avstriyadakı şəriki kimdir?

Demə 56 yaşlı icra başçısının şəriki 22 yaşlı gənc imiş. Şirkət açarkən isə onun 20 yaşı vardı. Azərbaycanın “şanlı” məmurlarından birinin 22 yaşlı milyoner oğlu!

20 yaşında Avstriyada, 21 yaşında İngiitərədə şirkət açır, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınır. Təbii ki, o nə Şpiegel, nə Zukerberq, nə də “Stripe”nin sahibidir. O, korrupsiyanın əsas subyektlərindən biri kimi cəmiyyətdə haqlı şübhələr doğuran Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğludur. Saleh Məmmədovla Ziyəddin Əliyev uzun illərdən bəri “Azəravtoyol”da işləyiblər və yaxın dostluq münasibətləri var.

 

Arayış: Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev kimi o da uzun illər yol təsərrüfatında çalışıb. 2015-ci ildən Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, daha sonra Səhmdar Cəmiyyətin sədri olub.

21 dekabr 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2016-cı il dekabr ayının 1-dən həm də Azərbaycan Həndbol Federasiyasının prezidentidir.

Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına…

Gözəl, amma əslində təhsilmi alırlar? Azərbaycan məmurları ilə bağlı araşdırmalara dayanaraq bu fikri qəti söyləmək olar ki, onların övladlarının böyük əksəriyyəti Avropa ölkələrinə təhsil adı ilə taladıqları sərvətləri daşımaq məqsədilə üz tuturlar.

Necə ki, Dövlət Dəmir Yollarının rəsinin 2015-ci ildə Londona təhsil almağa yollanan oğlu 20 yaşında Vyanada, 21 yaşında Londonda “biznes qurur”.

Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir.

Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir.

Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır .

Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.

Beləliklə, 21 yaşlı məmur oğlu Londonun ən iri fotoqrafiya şirkətinin sahiblərindən olur.

Bu onun “uğur” hekayəsidir, nə yoğurdu, yə yapdı…

Bu “uğurlar”ın altında Nobel çökür, Babək çökür, Bakı çökür…bütün ölkə çökür…

Cavanşir Həsənli, müstəqil jurnalist (

 

Şərhlər

Moshu 2019-02-06 12:17:04

Sözün açığı, yaxşı ki,bu Azpolitika var. Heç olmasa dərdimizi, içimizdəki təlatümü sakitləşdirməklə bir az rahatlaşırıq. Sözümüzü açıq deyə bilmirik, dərd içimizi yeyir, heç kimin də vecinə deyil. Nə qədər ki Cavanşir Həsənli kimi Vətən oğulları var, bu məmləkətə ölüm yoxdur. BMT-nin Korrupsiyaya qarşı mübarizə Konvensiyasına və bir sıra Avropa Konvensiyalarına qoşulmuşuq, hər il də hesabat veririk ki, bizdə hər şey O.K. Kimi aldadırıq, kimin gözünə kül üfürürük? Yalnız özümüzün. Görüntü yaradırıq ki, hər şey əladır, bilirik ki, hər şey yalandır və bu yalana, bu görüntüyə də hamımız inanırıq. Elə bil ki,kimsə bizi tilsimləyib. Dünya ağıllı dünyadı biz onun barəsində elə fikirləşməsək də. Bəlkə dünyada hamıdan ağıllı elə biz özümüzük? Kənardan hər şey yaxşı görünür, dünya bizi bizdən yaxşı tanıyır. Niyə bu qədər yaltaq, yalançı, ikiüzlü xalqıq? Sonra da təəccüblənirik ki, niyə bizə qarşı ikili standartlar var. Bizdə olan biabırçılıq hansı ölkədə olsa idi, adı hallanan məmur dərhal istefa verərdi. Hardandır bizdəki bu mədəniyyətsizlik. Nə vaxt bizdə istefa mədəniyyəti formalaşacaq? Səbəbindən asılı olmayaraq Baş Nazirin sabiq müavini Abbas Abbasov yadda qalıb. Ürək o qədər doludur ki, yazdıqca başında yeni fikirlər formalaşır. Hara baxır hüquq-mühafizə orqanları, konkret olaraq Baş Prokuror, onun korrupsiya ilə mübarizə aparası Baş İdarəsi, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparası idarə və nəhayət ölkə rəhbərliyi? Öz dərdimizə özümüz çarə axtarmasaq vay bizim halımıza. Hələ ki, bu qədər. Bir az tormozlasam yaxşıdır, yaman sürətlə gedirəm

TALİS 2019-02-06 12:17:04

hər dəfə yol tikintisinə pul ayrılanda adamı heyrət bürüyür. son 20 ildə olkə yollarının qurulmasına təxminən 30 milyard a kişi 30 milyard vəsait ayrılıb ki bu qədər pula iki Azərbayçan qədər respublikanın yollarını yenidən və yüksək səviyədə qurmaq olar. nəyin ki Lerik rayonunuyolun. hansi ki hec bir il cəkmədi ucub-dağıldı.

Vəkil 2019-02-06 12:17:04

Nece oldu o birileri nece buda ele! Baxirlar ki dagit ha dagitdir puldaki en çox yola,suya,qaza,işiga ayrilir bu gun bu idareleri ciddi yoxladalar 1000 lerle insan derhal turmeye yollanar Su melaradiya,qaz,işiq,yol axersu,pulun çox ayrilan yerleridir! Hamisida berbad gunde ortada A 4 farmatindan başqa heçne yoxdur!!!

TALİS 2019-02-06 12:17:04

Saleh Məmmədovun Bakıda Mersedes Benz şirkəti bəyəm halal pulnan qurulub? Bunların bir mənbəyi var Dövlət budçəsini aciq şəkildə talamaq.....O ki qaldı yol təsərüfatında malyyə vəsaitlərinin mənimsəhilməsinə soruşun Saleh Məmmədovun müavinləri kimdir.Hec onların ali təhsili və ya iş təçrübələri varmı? Amma hər ay təşkilata ayrılan təkçə əmək haqqi fondunun 70 faizi onlarındı ki bu da təxminən 1 milyon manatdı.

Abdulqadır - Bahadur 2019-02-06 12:17:04

Ölkeni düzeltmek isteyirlerey,ancaq,dagidanlarin arxasinca gönderilenler Salehleri qarishdiriblar. Saleh Memmedovun yerine Moskövede ayaqqabi satan Saleh Rüstemlini tutublar.... dumanin duputatlari netöhür kelle-mayallaq cherenleyiblerse bu bedbaxtlar da ele bilibler ki,bu veziyyete düshmeyimizin günahkari 26 il bundan evvel Gedebeyi ermenilere vermeyen cemi-cümletani bir neche ay icra bashcisi olmush Salehdir.Berekallah bele hükümete.

Bahadur 2019-02-06 12:17:04

....Bu talançı üzvləri və himayəsarları həbs edilməsə ölkə düzəlməz.

EJDER 2019-02-06 12:17:04

HA HA HA ,BUDUR ANALOQU OLMAYAN INKIWAF.SUAL OLUNUR,NIYE WEHID OVLADI,QARABAQ QAZISININ OVLADI,QACQIN OVLADI LONDONDA ,DUBAYDA MULK,WIRKET SAHIBI DEYIL...WEREF,WOHRET ORDENLI MEMUR BALALARI XARICDEHARAM PULLARLA KEYF EDIRLER...EMEKDAR MUHENDISLERIMIZSE NAQIL DANIWIRLAR...INKIWAF ,VETENPERVERLIK NAQILI...HARAMINIZ OLSUN

Əli 2019-02-06 12:17:04

"Saleh Məmmədovla Ziyəddin Əliyev uzun illərdən bəri “Azəravtoyol”da işləyiblər və yaxın dostluq münasibətləri var". Məqalədən başa düşmək olmur bunlar bir yerdə işləyiblər yoxsa bəlli yolla milyoner olublar.Yaxşı olardı ki bu cavanlar ölkəyə qayıdanda elə sərhəddəcə "məcbur" etmək lazımdır ki öz təcrübələri ilə bölüşsünlər seminardan zaddan keçirsinlər görək bu yaşda necə milyoner olublar o biri cavanları da göndərək gedib milyoner olsunlar oralarda.Maraqlıdır burada niyə ola bilmirlər

Yengibar 2019-02-06 12:17:04

Bu gün Azərbaycana Ermənistandan daha böyük ziyan vuran məmur ordusu var. Dövlət göz önündə talanır. Göz önü də xəyali deyil, elə Bakıdadır, sadəcə baxmaq lazımdır.Bunu sanki heç kim görmür, heç kim heç nəyə cavabdehlik daşımır. Bütün yol təsərrüfatını xaraba qoyan Ziya Məmmədov bu gün də öz ampulasındadır, indi Bakıda deyil, Türkiyədə, Ukraynada tikir, təbii ki, şəriklərinin xeyir-duası ilə.

Vətəndaş 2019-02-06 12:17:04

Necə milyoner olacaq? Ölkəni çapıb talamaqla. Hələ milyorder də olacaqlar hamısı. Bunlar bizim vətənimizi zəbt ediblər. Bu vətənin milli sərvətindən var dövlətindən bizə heç nə vermirlər vı vermək fikirləri də yoxdurrrrrrrrrrrrrr.........................

Son yazılar