Menu

Müdafiə naziri Rusiyanı Riqanın düşməni adlandırdı

06.03.2015, 08:48
Müdafiə naziri Rusiyanı Riqanın düşməni adlandırdı

Latviyanın müdafiə naziri Raymond Veyonis Moskvanın Riqaya qarşı düşmən münasibət sərgiləmək yolunu seçdiyini bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə nazir “Tvitter” səhifəsində dərc etdiyi məlumatda bildirib.

“Təəssüflər olsun ki, Ukraynadakı vəziyyət Rusiyanın bizimlə tərəfdaş yox, düşmən olmağa qərar verdiyini göstərir”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Latviya Seyminin spikeri İnara Murniyetse Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı Ukraynadakı hadisələrin Latviyaya da aid olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol