Menu

"Rusiya hərbçiləri Donbasda kütləvi şəkildə öldürülür" - NATO 

06.03.2015, 08:58
"Rusiya hərbçiləri Donbasda kütləvi şəkildə öldürülür" - NATO 

NATO-nun nümayəndələri Donbasda Rusiya vətəndaşlarının döyüşdüyünü iddia edirlər. APA-nın “Gazeta.ru”ya istnadən verdiyi xəbərə görə, bu barədə “Frans Press”in dərc etdiyi məlumatda bildirilir.

Məlumata görə, bu barədə ötən gün Riqada keçirilmiş mətbuat konfransında çıxışı zamanı NATO baş katibinin birinci müavini Aleksandr Verşbou bildirib.

“Rusiya hərbçiləri Ukraynanın şərqində gedən döyüşlərdə kütləvi şəkildə həlak olur”, deyə Verşbou qeyd edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi keçən ay ABŞ-ın rusiyalı hərbçilərin Donbasda döyüşlərdə iştirak etməsi ilə bağlı bəyanatını təkzib edib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Münhen təhlükəsizlik konfransında çıxışı zamanı Ukraynada döyüşən rusiyalı əsgərlərdən götürülmüş pasportları nümayiş etdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol