Menu

BMT TŞ Suriya üzrə yeni qətnamə qəbul edib

07.03.2015, 00:02
BMT TŞ Suriya üzrə yeni qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Suriya münaqişəsində kimyəvi silahdan, o cümlədən xlordan istifadə etmə hallarını pisləyən qətnamə layihəsini qəbul edib.APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ tərəfindən təklif olunan qətnamənin lehinə, Rusiya daxil olmaqla 14 dövlət səs verib. Venesuela nümayəndəsi bitərəf qalıb.

“BMT Təhlükəsizlik Şurası bir daha bəyan edir ki, kimyəvi silahdan istifadə beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir. Şura kimyəvi silahdan istifadə edənləri məsuliyyətə cəlb olunmasına çağırır”, sənəddə deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol