Menu

Girov götürülən ABŞ vətəndaşı sərbəst buraxıldı

07.03.2015, 08:52
Girov götürülən ABŞ vətəndaşı sərbəst buraxıldı

Fevralda Nigeriyanın mərkəzində girov götürülən ABŞ vətəndaşı Fillis Sortor sərbəst buraxılıb. APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bunu hadisənin baş verdiyi Koqi ştatının polisi bəyan edib.

Hüquq-mühafizə orqanları vurğulayıb ki, girovluqda olan qadının azad olunması üçün pul ödənilməyib . Fillis Sortorun Nigeriyada missionerlk fəaliyyəti ilə məşğul olurmuş.

Polisin qənaətinə görə, qadını ekstremist qruplaşmaların üzvləri deyil, sıravi quldurlar oğurlayıb. Hadisəyə görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol