Ümrə ziyarətindən qayıdan 3 nəfərin bu virusa yoluxduğu ehtimal edilir
Türkiyənin Van vilayətində 3 nəfər MERS virusuna yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Anspress-in məlumatına görə, biri qadın olmaqla, 3 nəfər ötən həftə Ümrə ziyarətindən qayıdıbmış. Onların Səudiyyə Ərəbistanında rast gəlinən MERS virusuna yoluxduqları ehtimal edilir.
MERS virusu şübhəlilərinin Van xəstəxanasınə yerləşdirilməsi ilə əlaqədar, burada olan bütün personal, xəstələr və xəstə yaxınları respirator maska taxmağa başlayıb.
MERS virusu şübhəlilərinin həqiqətən də bu virusa yoluxub-yoluxmadığı isə araşdırmalardan sonra məlum olacaq.


Şərhlər