Menu

SOCAR qazın qiymətini artırdı

07.03.2015, 15:22
SOCAR qazın qiymətini artırdı

Gürcüstan hökuməti ilə aparılan danışıqlarda SOCAR-ın bu ölkədə kommersiya alıcılarına satdığı təbii qazın qiymətinin artırılması barədə razılıq əldə olunub.

Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev qeyd edib ki, qonşu ölkənin milli valyutası larinin dollara nisbətən məzənnəsi aşağı düşüb. Bu isə kommersiya itkilərinə səbəb olur. Bu səbəbdən də, SOCAR Gürcüstanda hüquqi şəxslərə satdığı qazın qiymətini artırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol