Menu

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

08.03.2015, 01:38
FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Göygöl rayonunda “VAZ” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib.Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində həlak olub. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol