Menu

Paşinyan Türkiyəyə gedəcək

05.11.2026, 13:22
Paşinyan Türkiyəyə gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 31-ci Konfransında (COP31) iştirak etmək üçün Türkiyəyə səfər edəcək. 

“AzPolitika” xəbər verir ki, Paşinyan bunu hökumət iclasından sonra keçirdiyi brifinqdə deyib.

"Bəli, COP-da iştirak etmək üçün Antalyaya səfər planlaşdırılır", - deyə Paşinyan yerli jurnalistlərə bildirib.

COP31 9-20 noyabr tarixlərində Antalya şəhərində keçiriləcək. Bu tədbir çərçivəsində 11-12 noyabr tarixlərində dünya liderlərinin sammiti baş tutacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol