Menu

Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partlatdı - VİDEO

08.03.2015, 12:06
Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partlatdı - VİDEO

Boris Nemtsovun qətlində iştirak etməkdə şübhəli bilinən şəxs bu gün - martın 8-də özünü Qroznıda əl qumbarası ilə partladıb.Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, cinayətkar yerli polis tərəfindən mühasirəyə alınıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, şübhəli şəxsin əlində iki qumbara olub. Əvvəlcə onların birini polislərə tərəf atıb. İkinci ilə isə özünü partladıb.

“Çeçenistanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayətkar Qroznının Lev Yaşin küçəsindəki çoxmərtəbəli binada gizlənibmiş. Polis həmin ərazini mühasirəyə alıb və ondan təslim olmağı tələb edib. O isə əvvəlcə polislərə tərəf əl qumbarası atıb. Sonra isəikinci partlayış olub və həmin şəxs aldığı qəlpə yaralarından yerindəcə keçinib. Polisdən və mülki şəxslərdən heç kim xəarət almayıb” - deyə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol