Menu

Gümrüdə atışma, 6 erməni yaralandı

08.03.2015, 12:59
Gümrüdə atışma, 6 erməni yaralandı

Martın 8-nə keçən gecə Ermənistanın Gümrü şəhərində kütləvi dava-dalaş və atışma baş verib. Nəticədə 6 nəfər ağır yaralanıb.Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralıların hamısı Gümrüdəki tibb mərkəzinə yerləşdirilib.

Tibb mərkəzinin direktoru Armen Xaçatryan bildirib ki, 6 yaralıdan 3-ü güllə yarası alıb, digərləri isə xəstəxanaya kəsilmiş-deşilmiş yaralarla daxil olub.

Bunlar Smbat Kazaryan, Qaqaik Kazaryan, Knyaz Kazaryan, Vladimir Akopyan, Hamlet Gevorkyan və Qaqik Qukasyan adlı şəhər sakinləridir.

Yaralılardan 3-nün vəziyyəti çox ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 4-də də İrəvanın mərkəzində atışma olmuş, nəticədə 3 nəfər ölmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol