Menu

İran sazişini Konqres sabotaj edə bilər

09.03.2015, 14:57
İran sazişini Konqres sabotaj edə bilər

«İranın nüvə sazişini Konqresdə tənqid edənlər ötən həftə qeyri-adi sürətlə hərəkətə keçərək, az qala, danışıqlara zərbə vuracaq səsverməyə səbəb olacaqdı. Ancaq soyuq başlar qalib gəldi və iş yubandı. Lakin Konqres hələ də sazişi sabotaj edə bilər». «The New York Times» qəzetinin redaksiya məqaləsində belə deyilir.

Senat çoxluğunun lideri Mitch McConnell ötən çərşənbə axşamı təklif edib ki, sazişin Konqresdə baxılmasını tələb edən qanun layihəsi səsə qoyulsun. Ancaq layihə tərəfdarları səsverməni martın 24-dək ertələməyi təkid ediblər. Həmin tarixədək Birləşmiş Ştatlar da daxil altı fövqəldövlət və İran nüvə sazişi üzrə çərçivə sazişi əldə etməlidir.

İranın nüvə proqramını məhdudlaşdırması əvəzində iqtisadi sanksiyaların yumşaldılmasını nəzərdə tutan sazişi Senatın təsdiqləməsinə ehtiyac yoxdur. Prezident Obama-nın Konqresin razılığı olmadan onun icrasına başlamaq səlahiyyəti var. Konqresin əsas gücü odur ki, Obama bəzi sanksiyaları müvəqqəti dayandıra bilsə də, ancaq və ancaq Konqres onları birdəfəlik ləğv edə bilər. İran öhdəlikləri pozarsa, Konqres yeni sanksiyalar da qoya bilər:

«Senatdakı layihə istənilən sazişi poza bilər. Razılaşma bağlanandan sonra beş gün ərzində prezident Konqresə mətni, İranın razılaşmanı necə yerinə yetirməsi, eləcə də bu sənədin Amerikanın təhlükəsizliyə hədə olmaması barədə sertifikat təqdim etməlidir. Beş gün absurd dərəcədə az vaxtdır. Bundan başqa, layihə prezidentə 65 gün ərzində sanksiyaları yumşaltmağı qadağan edir. Gərək Konqres dinləmə keçirsin və razılaşmanı dəstəkləmək qərarını versin». /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol