Ermənistan hərbi doktrinasına yenidən baxır. Anspress-in məlumatına görə, bununla bağlı verilən rəsmi açıqlamaya görə, bu, Ermənistana qarşı hərbi təcavüz halında bütün orqanların addımlarının harmonikləşdirilməsi məqsədini daşıyır.
Erməni mətbuatı bu məsələni özünə məxsus şəkildə şərh edir və bunu Rusiya əsgərinə istənilən vəziyyətdə Ermənistana soxulmaq imkanı yaratmaq kimi dəyərləndirir.
Rusiyanın Krımı ilhaq etməsini yada salan erməni şərhçi Naira Hayrumyan sonucda Rusiyanın Ermənistanı tam işğal edəcəyini vurğulayır: "Rusiyanın bu cür əməliyyatı indi Gürcüstanda gözlənilir. Moskva məqam gözləyib, Gürcüstandan keçərək, oradan da Ermənistana girə bilər".


Şərhlər