Menu

Abdullah Gül elçi getdi

09.03.2015, 15:43
Abdullah Gül elçi getdi

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Bursaya elçi gedib. Musavat.com-un məlumatına görə, Abdullah Gülün oğlu Əhməd Münir Gül Bursada iş adamı Abdullah Qaradərənin qızı Zəhra Ayşə Qaradərə ilə nişanlanıb.

Həyat yoldaşı Hayrünnisa Güllə birlikdə səs-səmirsiz Bursaya gedən Abdullah Gül tibb fakültəsinin son kursunda oxuyan Zəhra Ayşə Qaradərəni oğluna istədikdən sonra gəlininin barmağına nişan üzüyü taxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol