Menu

Bakıda "narkobaron" tutuldu: onun evindən 15 kq marixuana çıxarıldı

09.03.2015, 16:19
Bakıda "narkobaron" tutuldu: onun evindən 15 kq marixuana çıxarıldı

Bakı şəhər sakini Hüseynağa Məmmədovadan 1,8 qram marixuana götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni ona satmış əvvəllər məhkum olunmuş Elçin Məmmədhəsənov da tutulub. Onun evinə baxış zamanı əlavə 15 kiloqram 65 qram marixuana da aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol