Menu

Müxalifət liderinin qətlinin gizlinləri üzə çıxır

09.03.2015, 17:47
Müxalifət liderinin qətlinin gizlinləri üzə çıxır

İstanbulun Fateh məhəlləsində başından vurularaq öldürülən tacik müxalifət lideri Umrali Qüvvətova qarşı hazırlanmış sui-qəsdin gizlinləri üzə çıxır. Müsavat.com-un məlumatına görə, filmlərə mövzu ola biləcək sui-qəsdin yeni detalları məlum olub. Belə ki, Qüvvətov tacik qonağı evinə dəvət edib. Qüvvətovun həyat yoldaşı və 2 oğlunun halı süfrədə pisləşib. Ayaq üstə durmaqda çətinlik çəkən Umralı Qüvvətov isə qonağı yola salmaq üçün küçəyə çıxıb.

Müxalifət lideri elə o vaxt öldürülüb. Evə gələn polis isə Qüvvətovun arvadı və oğullarını yerə yıxılmış görüb. Ailə xəstəxanaya aparılıb. Qan analizindən sonra ailənin zəhərləndiyi məlum olub.

Qeyd edək ki, sui-qəsdlə bağlı iki nəfər həbs olunub, 1 nəfər isə axtarışdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol